Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sudan dünyanın ən böyük humanitar böhranını yaşayır

3 dəq
Paylaş:
Sudan dünyanın ən böyük humanitar böhranını yaşayır

Sudanda humanitar vəziyyət getdikcə ağırlaşır və ölkə hazırda dünyanın ən böyük humanitar böhranlarından biri ilə üz-üzədir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sudan üzrə nümayəndəsi Şibl BMT-nin Cenevrədəki ofisində keçirilən həftəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda Sudanda 33 milyondan çox insan humanitar yardıma duyur. Onlardan 21 isə təcili tibbi xidmətə möhtac vəziyyətdədir.

Münaqişə səbəbindən ölkədə məcburi köçkünlərin sayı da rekord həddə çatıb.

Rəsmi məlumatlara əsasən, 13,4 milyon nəfər yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Onlardan 9 milyonu ölkə daxilində təhlükəsiz ərazilərə sığınıb, 4,6 milyonu isə qonşu ölkələrə üz tutub.

Silahlı qarşıdurmalarla yanaşı, yoluxucu xəstəliklər də ölkədə ciddi təhlükə yaradır.

Sudanda dang humması, malyariya, qızılca və hepatit E xəstəlikləri ilə yanaşı, kolera epidemiyası da sürətlə yayılır.

Məlumata görə, iyunun 27-də Qərbi Kordofanda yenidən qeydə alınan kolera epidemiyası artıq Şimali Kordofan, Mərkəzi Darfur və Cənubi Darfur bölgələrinə də yayılıb.

Şibl Sahbani bildirib ki, indiyədək 1330-dan çox yoluxma halı aşkarlanıb, 114 nəfər isə həyatını itirib.

Onun sözlərinə görə, koleradan ölüm göstəricisinin 13,7 faiz olması ÜST tərəfindən qəbul edilən 1 faizlik həddini dəfələrlə üstələyir.

Mütəxəssislər qarşıdan gələn yağış mövsümündə su mənbələrinin çirklənməsi səbəbindən epidemiyanın daha da genişlənəcəyindən narahatdır.

ÜST artıq bölgəyə 64 metrik ton həcmində kolera ilə mübarizə üçün tibbi ləvazimat göndərərək yardım əməliyyatlarını koordinasiya edir.

Qeyd edək ki, 2023-cü ilin aprelindən etibarən Sudan ordusu ilə Hızlı Dəstək Qüvvələri (HDK) arasında davam edən silahlı qarşıdurmalar on minlərlə insanın həyatına son qoyub və ölkəni kəskin , eləcə də aclıq təhlükəsi ilə üz-üzə qoyub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax