Havay adalarında 6 maqnitudalı zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) yaydığı məlumatda bildirilir.
Yeraltı təkanların episentri Honauno-Napupu yaşayış məntəqəsindən 6 km cənub-şərq istiqamətində, ocağı isə 16 km-dən bir qədər artıq dərinlikdə yerləşib.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb. Eyni zamanda, sunami təhlükəsinin olmadığı açıqlanıb.