Əsas məzmuna keç

Stoltenberq Rusiya ilə nüvə danışıqlarının bərpasını təklif etdi

Stoltenberq Rusiya ilə nüvə danışıqlarının bərpasını təklif etdi

NATO-nun sabiq rəhbəri Yens Stoltenberq Moskva ilə nüvə silahlarına nəzarət dialoqunun bərpasını vacib sayıb. Soyuq müharibə təcrübəsi və yeni təhlükəsizlik qaydaları nədən ibarətdir?

en ru

NATO-nun keçmiş Yens ilə silahlarına nəzarət danışıqlarının bərpasının lehinə çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Hesab edirəm ki, gücə və etibarlı çəkindirici vasitələrə güvənərək Rusiya ilə əlaqələrimizi yeniləməliyik. Yeni silah nəzarəti qaydası qurmağın yolunu tapmalıyıq", - o qeyd edib.

Stoltenberqin sözlərinə görə, bu, soyuq müharibə dövründə mümkün olduğundan, gələcəkdə də mümkün olmalıdır. O, soyuq müharibə dövründə və sonrasında inkişaf etmiş bütün silah nəzarəti arxitekturasının mövcudluğunu dayandırdığına təəssüfünü bildirib.

Avropanın ABŞ-nin nüvə çətirindən asılılığının azaldılması məsələsinə münasibət bildirən Stoltenberq qeyd edib ki,"NATO-nun nüvə çəkindirmə qabiliyyəti Avropadakı nüvə silahlarına əsaslanır.

"Doktrinalar, komandanlıq strukturları və nəzarət mexanizmləri mövcuddur. Biz çəkindirmə mexanizmini pozmamalıyıq. Böyük Britaniya və Fransa üzvləridir və onların nüvə silahları alyansın kollektiv müdafiəsinə töhfə verir", - o əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…