Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Starmer Britaniyanın Aİ müdafiə fonduna qoşulmasını istəyir

2 dəq
Paylaş:
Starmer Britaniyanın Aİ müdafiə fonduna qoşulmasını istəyir

Böyük Britaniyanın Kir Starmer ölkəsinin Avropa İttifaqının Avropa üçün Fəaliyyəti (SAFE) müdafiə fondunda iştirakı ilə bağlı əvvəllər uğursuzluğa düçar olmuş danışıqları bərpa etmək istəyini ifadə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Daha çox iştirak etməli və daha çox iş görməliyik. Avropanın daha çox iş görməli olduğuna inanan təkcə Tramp deyil, digər liderlər də belə düşünür. Mən də belə düşünürəm. Həqiqətən inanıram ki, xərclər, potensial və baxımından birlikdə daha çox iş görməliyik. Mən öz fikrimi bildirdim və bu o deməkdir ki, daha sıx etmək üçün SAFE və digər mexanizmlərə baxmalıyıq", - Britaniya Baş naziri bildirib.

Starmer Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq məsələsində müəyyən irəliləyiş əldə edilə biləcəyinə ümid etdiyini bildirib.

2025-ci ilin noyabr ayında "Bloomberg" mənbələrə istinadən Londonun SAFE fonduna qoşulması ilə bağlı danışıqların uğursuz olduğunu bildirmişdi.

Agentliyin məlumatına görə, tərəflər hələlik Böyük Britaniyanın bu təşəbbüsə maliyyə töhfəsi ilə bağlı razılığa gələ bilməyiblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax