Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin İrana hərbi xərcləri bəlli oldu: 85 milyard dollar

1 dəq
Paylaş:
ABŞ-nin İrana hərbi xərcləri bəlli oldu: 85 milyard dollar

ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyatların maliyyə dəyəri ilə bağlı yeni rəqəmlər açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Iran War Cost Tracker” platformasının məlumatına görə, Vaşinqton 79 gün ərzində əməliyyatlara 85 milyard dollardan çox vəsait xərcləyib.

Məlumata əsasən, əməliyyatların başlanmasından ötən müddətdə ABŞ Prezidenti administrasiyası bölgədə genişmiqyaslı hərbi fəaliyyətin maliyyələşdirilməsinə böyük məbləğ ayırıb.

Qeyd olunub ki, hesablamalara şəxsi heyətin saxlanılması, bölgəyə göndərilən hərbi gəmilər, logistika və digər əlaqəli xərclər də daxildir.

Bildirilir ki, açıqlanan rəqəm Pentaqonun maliyyə şöbəsinin rəhbəri vəzifəsini icra edən Cules Hurstun daha əvvəl səsləndirdiyi 29 milyard göstəricidən təxminən üç dəfə çoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax