Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-dən İrana dəniz mühasirəsi

2 dəq
Paylaş:
ABŞ-dən İrana dəniz mühasirəsi

Birləşmiş Ştatları Yaxın Şərqdə mövcudluğunu genişləndirməkdə davam edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İranla yaşanan gərginlik fonunda bölgəyə göndərilən " Ford" gəmisi Yunanıstanın Krit adasına çatıb.

Nəhəng gəminin cümə gününə qədər "Souda" limanında lövbər salacağı gözlənilir.

"Gerald Ford" gəmisi 4 500 nəfərlik şəxsi heyət tərəfindən idarə olunur. Nüvə enerjisi ilə çalışdığı üçün uzun müddət yanacaq doldurmadan fəaliyyət göstərə bilir. Təxminən 100 min ton ağırlığındadır. Göyərtəsində 75-ə qədər qırıcı təyyarə daşıya bilir.

Hazırda ABŞ-nin bölgədəki arsenalına "Abraham Lincoln" gəmisi ilə yanaşı, İranı mühasirəyə alan 23 döyüş gəmisi daxildir.

Müasir radar sistemləri və torpeda qurğuları ilə təchiz edilmiş esmineslər hava, sualtı və ballistik raketlərdən müdafiə əməliyyatlarında mühüm rol oynayır.

Bu gəmilər həmçinin təyyarədaşıyan qrupların təhlükəsizliyini təmin edən əsas zərbə qüvvəsi hesab olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax