Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ hərbi gəmisini batırdı: Rusiya və Çinə açıq xəbərdarlıq

2 dəq
Paylaş:
ABŞ hərbi gəmisini batırdı: Rusiya və Çinə açıq xəbərdarlıq

ABŞ (HDQ) Rusiya və Çinə xarakteri daşıyan gəmi batırma təlimləri keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu "19FortyFive" nəşri məlumat yayıb.

Jurnalistlərin verdiyi məlumata görə, bu təlimlərin əsas məqsədi real döyüş şəraitində gəmilərin hansı dərəcədə zədə aldığını və silahların effektivliyini öyrənməkdir. Məqalədə qeyd olunur ki, hərbi dənizçilər bu təlimlərdən mühüm təcrübə toplayırlar.

Gəmi gövdəsinin okean dibinə çökməzdən əvvəl nə qədər zərbəyə davam gətirə biləcəyi barədə məlumatlar analiz edilir.

Silahların real hədəflər üzərindəki təsiri sınaqdan keçirilir.

Məlumata görə, 2024-cü ildə keçirilən "Valiant Shield 24" təlimləri çərçivəsində "Austin" sinfinə məxsus "USS Cleveland" desant gəmisi batırılıb. Gəmi ABŞ-nin yeni "Precision Strike Missile" (PrSM) operativ-taktiki raketləri ilə məhv edilib. Ekspertlər hesab edir ki, bu addım birbaşa Moskva və Pekinə ünvanlanmış hərbi mesajdır.

Eyni zamanda, ABŞ administrasiyasının katibinin müavini Anna Kelli bildirib ki, Donald Tramp İrana qarşı bütün mümkün variantları, o cümlədən potensial hərbi əməliyyatları nəzərdən keçirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax