Amerikanın kosmik gəmi və raket istehsalçısı "SpaceX"dən qovulan 8 nəfər şirkətin sahibi İlon Maska qarşı "iş mühitini tənqid etdikləri" üçün işdən çıxarıldıqlarını iddia edərək məhkəməyə müraciət ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kaliforniya əyalət məhkəməsinə iddia qaldıran şikayətçilər 2022-ci ildə işdəki problemlərlə bağlı rəhbərliyə yazdıqları məktuba görə işdən çıxarıldıqlarını iddia ediblər.
İddiaçılar məktubu imzalayan dörd şəxsin məktubu göndərdikdən dərhal sonra, digərlərinin isə daxili araşdırmadan sonra işdən çıxarıldığını iddia ediblər.