Kosmik nəqliyyat şirkəti "SpaceX"-ə məxsus 56 "Starlink" internet peykini orbitə daşıyan "Falcon-9" raketi ABŞ-nin Florida ştatından uğurla səmaya buraxılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Falcon-9"-un təkrar istifadə edilə bilən birinci mərhələ gücləndiricisinin Atlantik Okeanındakı "A Shortfall of Gravitas" adlı pilotsuz platformaya enəcəyi açıqlanıb.