Əsas məzmuna keç

Şoyqu: Rusiya və Türkiyə ən çətin dövrlərdə belə ortaq həll yolları tapa bilib

Şoyqu: Rusiya və Türkiyə ən çətin dövrlərdə belə ortaq həll yolları tapa bilib

Hakan Fidanla Moskvada görüşən Sergey Şoyqu Suriya böhranı, taxıl sazişi və Ukrayna ilə bağlı mühüm mesajlar verdi. İki ölkə arasında əməkdaşlıq nədən ibarətdir?

en ru

Rusiya Şurasının katibi Sergey Şoyqu Moskva ilə Ankara arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini və tərəflərin həmişə qarşılıqlı məqbul həllər tapa bildiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, Şoyqu bu fikirləri Türkiyənin naziri Hakan Fidanla Moskvada keçirdiyi görüş zamanı səsləndirib.

Rusiya rəsmisi iki ölkənin Suriyada terrorizmlə mübarizə sahəsində əməkdaşlığını nümunə göstərərək bildirib ki, ən mürəkkəb dövrlərdə belə Moskva və Ankara ortaq mövqe və həll yolları formalaşdırmağı bacarıb.

Şoyqu çıxışında məsələsinə də toxunub. O, gəmilərinin Ukrayna limanlarından geri qayıtması, ərzaq tədarükünün təşkili və yük daşımalarının həyata keçirilməsi istiqamətində əməkdaşlığı xatırladıb.

Rusiya Təhlükəsizlik Şurasının katibi 2022-ci ildə İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən danışıqlar nəticəsində hazırlanmış saziş layihəsinə də diqqət çəkib. Onun sözlərinə görə, həmin mərhələdə tərəflər müəyyən məsələlər üzrə əhəmiyyətli irəliləyiş əldə etmişdilər.

Şoyqu Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı danışarkən isə Rusiya və Türkiyənin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirdiyini bildirib. O, eyni zamanda BMT-nin bu saziş çərçivəsində üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmədiyini iddia edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…