Operativ Məlumat Mərkəzi

Trampın müşaviri onu danışıqlar masasına gəlməyə çağırdı

1 dəq
Paylaş:
Trampın müşaviri onu danışıqlar masasına gəlməyə çağırdı
bunu Trampın Ağ Evdəki iqtisadi müşaviri və Milli İqtisadi Şuranın direktoru Kevin Hassett “Fox News” kanalının “Bazar günü brifinqi” proqramında...

"ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı sazişə sadiq qalır və hazırda danışıqlar aparmaq üçün “mükəmməl vaxtdır”.

“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bunu Trampın Ağ Evdəki iqtisadi müşaviri və Milli İqtisadi Şuranın direktoru Kevin Hassett “Fox News” kanalının “Bazar günü brifinqi” proqramında deyib.

Hassett bildirib ki, artıq ritorikanı kənara qoyub danışıqlar masasına əyləşməyin zamanıdır:

“İndi sağlam düşüncənin qalib gəlməsinin, danışıqlar apararaq hər kəs üçün ən yaxşı razılaşmanın əldə oluna biləcəyini görməyin vaxtıdır”.

O, həmçinin Avropa ölkələrinə tariflərin tətbiqi ilə bağlı hüquqi əsaslar barədə məlumatı olmadığını qeyd edib. Bununla belə, Hassett vurğulayıb ki, bu cür addım Avropa tərəfini razılaşma bağlamağa məcbur etmək üçün vasitələrdən biri ola bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər