Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Cənubi Koreya gəmilərinin əksəriyyəti Hörmüz boğazını tərk etdi

2 dəq
Paylaş:
Cənubi Koreya gəmilərinin əksəriyyəti Hörmüz boğazını tərk etdi

hökuməti Hörmüz boğazında fonunda öz gəmilərinin əksəriyyətini təhlükəsiz əraziyə çıxarmağa nail olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasında məlumat verilib. Bildirilib ki, fevralın sonlarında ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi aviazərbələrdən sonra bölgədə vəziyyəti kəskinləşib və nəticədə faktiki olaraq bağlanıb.

Rəsmi məlumatda qeyd olunub ki, hazırda boğaz ərazisində qalan iki gəmi xüsusi texniki və logistik səbəblərdən çıxarıla bilməyib.

İclas zamanı vurğulanıb ki, bu nəticə Cənubi Koreya vətəndaşlarının hökumətə etimadı, eləcə də Okeanlar Nazirliyi, Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Xidmətinin birgə koordinasiyalı fəaliyyəti sayəsində əldə edilib. Rəsmilər bütün iştirak edən dövlət qurumlarının böhran dövründəki fəaliyyətini yüksək qiymətləndirib.

Bununla belə, hökumət vəziyyətin tam sabitləşmədiyini də diqqətə çatdırıb. Qeyd olunub ki, mümkün sülh sazişinə baxmayaraq, qlobal iqtisadiyyatın əvvəlki sabit axarına qayıtması üçün zaman tələb olunacaq.

Rəsmi şəxslər orta və uzunmüddətli dövrdə daha effektiv böhran idarəetmə mexanizmlərinin tətbiqinin vacibliyini vurğulayıb, xüsusilə enerji və xammal təchizatı zəncirlərinin şaxələndirilməsi və fövqəladə hallara hazırlığın gücləndirilməsi istiqamətində çağırışlar edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax