“Sosial Mediada “Fake Off” adlı layihəyə start verildi

“Sosial Mediada “Fake Off” adlı layihəyə start verildi
26.09.2023 17:10
Aa
dəq

Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihənin açılış tədbiri keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “kiçik qrant layihəsi” çərçivəsində elan etdiyi xüsusi müsabiqənin qalibi olan İnnovativ təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirə sosial media üzrə ekspertlər, bloger, aktivist və ictimai fəalları iştirak edib.

İctimai Birlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, tədbirdə çıxış edən İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin həmtəsisçisi Abbas Pənahov iştirakçılara layihə haqqında Sosial media “Fake” xəbərlərlə mübarizə haqqında qısa məlumat verib.

Sonra çıxış edən bloger, sosial media üzrə ekspert Adnan Hüseyn saxta xəbər, misinformasiya, dezinformasiya və onlarla mübarizə metodları haqqında təlim keçib.

Qeyd edək ki, təlimlər üç gün davam edəcək və layihənin yekununda 20 fəal ABŞ-ın Miçiqan Dövlət Universitetinin onlayn kursunu başa vuraraq sertifikatlara yiyələnəcək.

Həftənin ən çox oxunanları

Bu ərazilərdə qaz OLMAYACAQ

Bu ərazilərdə qaz OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu