Əsas məzmuna keç

Solovyov Ermənistanın “Şərəf ordeni”ndən məhrum edilə bilər

Solovyov Ermənistanın “Şərəf ordeni”ndən məhrum edilə bilər

bu təkliflə Ermənistanın Televiziya və Radio üzrə Komissiyanın sədri Tiqran Akopyan çıxış edib.O, Solovyovun Ermənistan Respublikasının “Şərəf ordeni”ndən...

ru

Rusiyalı jurnalist Vladimir Solovyovun Ermənistanda “xüsusi hərbi əməliyyat”ın aparılmasının mümkünlüyünü dilə gətirməsindən sonra onun Ermənistanın dövlət mükafatından edilməsi təklif olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" mediasına istinadən xəbər verir ki, bu təkliflə Ermənistanın Televiziya və Radio üzrə Komissiyanın sədri Tiqran Akopyan çıxış edib.

O, Solovyovun Ermənistan Respublikasının “ ”ndən məhrum edilməsini təklif edib.

Akopyan xatırladıb ki, Vladimir Solovyov 2013-cü ildə “Ermənistan və xalqları arasında dostluğun inkişafına və sülhün möhkəmləndirilməsinə verdiyi töhfəyə görə” bu ordenlə təltif olunub. O əlavə edib ki, lakin bu gün həmin şəxs Ukraynada baş verən hadisələrə bənzər şəkildə Ermənistana qarşı hərbi müdaxilə ssenarisini açıq şəkildə təklif edir.

Akopyanın sözlərinə görə, Ermənistana hədə-qorxu gələn və faktiki olaraq ölkəyə qarşı müharibəyə çağırış edən bir şəxs Ermənistanın ali dövlət mükafatlarından birini daşıya bilməz.

“Onun “Şərəf ordeni”ndən məhrum edilməsi dövlətin ləyaqətinin qorunması üçün minimal və zəruri addımdır”, — Tiqran Akopyan bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…