Əsas məzmuna keç

Arxiyepiskop Baqrat Qalstanyan Nikol Paşinyanı məhkəməyə verib

Arxiyepiskop Baqrat Qalstanyan Nikol Paşinyanı məhkəməyə verib

Ermənistanın “Müqəddəs mübarizə” hərəkatının lideri baş nazirin onun şərəf və ləyaqətini alçaldan açıqlamalarına görə təzminat tələb edir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ermənistanda siyasi qarşıdurma hüquqi müstəviyə keçib. “Müqəddəs mübarizə” hərəkatının rəhbəri, Baqrat ölkənin Nikol Paşinyanı məhkəməyə verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Qalstanyanın təqdim etdiyi iddia ərizəsində Paşinyandan onun şərəf və ləyaqətinə xələl gətirən, həqiqətə uyğun olmayan bəyanatları təkzib etməsi tələb olunur. Arxiyepiskop, həmçinin simvolik olaraq 49,7 dram məbləğində təzminat ödənilməsini istəyir.

Məlumata görə, məhkəmə iddiasına səbəb Nikol Paşinyanın iyunun 11-də səsləndirdiyi fikirlər olub. çıxışı zamanı rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının seçkilərdə tam dürüst şəkildə səs topladığını bildirib. O, digər siyasi qüvvələri isə rüşvət yolu ilə seçici dəstəyi qazanmaqda ittiham edərək, “pul olmasaydı, onlara heç kim səs verməzdi” ifadəsini işlədib.

Qalstanyan bu açıqlamaları böhtan kimi qiymətləndirərək, rəsmi təkzib tələb edib. Tələb olunan 49,7 dram məbləği isə “Mülki müqavilə” partiyasının seçkilərdə əldə etdiyi səs faizinə uyğun olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərinin rəsmi nəticələrinə əsasən, hakim “Mülki müqavilə” partiyası 49,7456 faiz səs toplayaraq 64 mandat əldə edib. “Güclü ” bloku 29, “Ermənistan” bloku isə 12 mandat qazanıb. “Çiçəklənən Ermənistan” partiyası isə parlamentə düşmək üçün tələb olunan baryeri keçə bilməyib.

Beləliklə, hakim qüvvə parlament çoxluğunu qorusa da, konstitusiya dəyişiklikləri üçün tələb olunan səs sayına sahib deyil.

Baqrat Qalstanyan daha əvvəl də hüquqi müstəvidə uğur əldə edib. O, İrəvan Ağsaqqallar Şurasının üzvləri Ani Xaçatryan və Ayk Saakyana qarşı qaldırdığı təhqir və böhtan iddiası üzrə məhkəməni qazanıb. Məhkəmə qərarı ilə hər iki şəxs arxiyepiskopa 750 min dram (təxminən 2 min dollar) məbləğində təzminat ödəməyə məhkum edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…