SOCAR və “Özbəkneftqaz” birgə müəssisəsinin yaradılmasını nəzərdən keçirir

SOCAR və “Özbəkneftqaz” birgə müəssisəsinin yaradılmasını nəzərdən keçirir
19.05.2023 10:51
Aa
dəq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Özbəkneftqaz” şirkəti arasında “SOCAR Trading” birgə müəssisəsinin yaradılması məsələsi nəzərdən keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Özbəkneftqaz”a istinadən xəbər verir ki, bu barədə Daşkənddə keçirilən “Özbəkistanın Neft və Qazı - OGU 2023” 25-ci yubiley Beynəlxalq Sərgi zamanı SOCAR prezidenti Rövşən Nəcəfin başçılıq etdiyi nümayəndə heyətinin “Özbəkneftqaz” şirkəti arasında keçirilən görüşündə bildirilib.

Görüş zamanı “Upstream” və “Downstream” istiqamətlərində əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

“Buxara Neft Emalı Zavodunun modernləşdirilməsi” layihəsində iştiraka, eləcə də həm Özbəkistan, həm də Azərbaycanda yataqlarda birgə işlənməyə xüsusi maraq göstərilib. Eyni zamanda, SOCAR rəhbərliyi Özbəkistan ərazisində operator kimi xidmət müqavilələrində də iştirak etməyə hazırdır.

Öz növbəsində, Özbəkistan tərəfi SOCAR nümayəndələrinə şirkətlər arasında potensial əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarına görə təşəkkür edib. Həmçinin bərpa olunan enerji sahələrinin ekoloji standartlara uyğun inkişafının vacibliyini vurğulayıb. Bu baxımdan bu sahənin inkişafı istiqamətində sıx əməkdaşlıq təklif olunur.

Görüşün nəticəsi olaraq bütün sahələrdə əməkdaşlıq perspektivlərinin daha da öyrənilməsi perspektivləri və bütün birgə layihələrin iş səviyyəsində inkişafının davam etdirilməsi barədə razılıqlar əldə olunub.

Xatırladaq ki, “Özbəkistanın Neft və Qazı - OGU 2023” 25-ci yubiley Beynəlxalq Sərgisi mayın 20-dək öz işini davam etdirəcək.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu