SOCAR-ın Türkiyədəki neft emalı zavodunda planlı təmir işlərinin tezliyi uzadılacaq

SOCAR-ın Türkiyədəki neft emalı zavodunda planlı təmir işlərinin tezliyi uzadılacaq
12.05.2023 13:04
Aa
dəq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR Neft Emalı Zavodunun gələn il planlaşdırılmış dayandırılması bir neçə məqsəd daşıyır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Türkiyənin İzmir şəhərinə ezam edilmiş müxbirinin verdiyi məlumata görə, bu barədə "SOCAR Türkiyə" Emal və Neft-Kimya bölməsinin rəhbəri və "Petkim Petrokimya Holding"in Baş direktoru Anar Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, neft emalı zavodu istifadəyə veriləndən sonra birinci dəfə dayandırılacaq və ilk növbədə planlaşdırılmış profilaktik işlərinin aparılması məqsədini daşıyır: "Digər məqsəd - zavodda planlı təmir işlərinin aparılması qrafikində təzliliyin uzadılmasını təmin etməkdir. Zavodda aparılacaq əlavə tədbirlər nəticəsində zavodun dayandırılma tezliyi dörd ildən beş ilədək uzadılacaq".

A.Məmmədov onu da əlavə edib ki, müəssisənin təqribən iki aylıq – 45-60 günlük planlı profilaktik işlərinin aparılması üçün dayandırılması şirkət üçün itkilər deməkdir: "Zavodun planlı təmirlərə dayandırılması təzliliyin uzadılması maliyyə baxımından müsbət təsir göstərəcək. Belə ki, bu, 40 milyon ABŞ dolları civarında qənaət deməkdir".

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 10 milyon tondan 2022-ci ildə 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu