Əsas məzmuna keç

Slovakiyalı hakim İvan Krujlyak "Qarabağ"ın Çempionlar Liqasındakı ikinci oyununu idarə edəcək

Slovakiyalı hakim İvan Krujlyak "Qarabağ"ın Çempionlar Liqasındakı ikinci oyununu idarə edəcək

Slovakiyalı FIFA referisi İvan Krujlyak bu mövsüm ikinci dəfə "Qarabağ"ın oyununa təyinat alıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 41...

ru en

Slovakiyalı FIFA referisi İvan bu mövsüm ikinci dəfə ""ın oyununa təyinat alıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 41 UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Liverpul" – "Qarabağ" səfər matçında meydanda əsas söz sahibi olacaq.

İ.Krujlyak daha əvvəl də "köhlən atlar"ın qarşılaşmalarında iş başında olub. "Qarabağ" 2025-ci ilin avqustunda III təsnifat mərhələsinin ilk oyununda Şimali Makedoniyada "Şkendiya"nı minimal hesabla məğlub etmişdi.

Slovakiyalı hakim həmçinin millisinin 2021-ci ildə Qətərə qarşı (1:2) uduzduğu yoldaşlıq oyununda və 2015-ci ildə "Qəbələ"nin UEFA Avropa Liqasının pley-off mərhələsində Yunanıstanda "Panatinaikos"la 2:2 hesablı bərabərə qaldığı matçda ədaləti təmin etmişdi.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turu çərçivəsində keçiriləcək "Liverpul" – "Qarabağ" matçı yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…