Slovakiyanın Baş naziri Robert Fiko bəyan edib ki, ölkəsi cümə axşamı keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləməyə hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Slovakiyanın tələbləri sammitin yekun sənədlərinə daxil edilərsə, Fiko açıq şəkildə Rusiyaya qarşı sanksiyaların lehinə çıxacaq”, – məlumatda bildirilir.
Qeyd edək ki, daha əvvəl Fiko bəyan etmişdi: əgər Avropa Komissiyası elektrik enerjisinin qiymətləri ilə bağlı yaranmış vəziyyətə konkret həll təklif etməzsə, Slovakiya yeni sanksiyalar paketinə dəstək verməyəcək.
Baş nazirin sözlərinə görə, Aİ-nin effektiv cavab vermək və praktiki həll yolları tapmaq qabiliyyəti Slovakiyanın gələcəkdə anti-Rusiya sanksiyaları ilə bağlı mövqeyinə birbaşa təsir edəcək. Fiko, həmçinin, Aİ-ni Ukraynadakı münaqişənin sülh yolu ilə həllində daha fəal rol almağa çağırıb.