Slovakiyanın xarici işlər və Avropa işləri naziri Juraj Blanar bildirib ki, rəsmi Bratislava Avropa Komissiyasından Ukrayna ərazisində yerləşən Drujba boru kəmərinin neft nəqli üçün yararlı olub-olmadığını müəyyənləşdirmək məqsədilə yoxlama aparılmasını istəyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASR məlumat yayıb.
Nazirin sözlərinə görə, Ukrayna tərəfinin mövqeyi Bratislava üçün aydın deyil. O qeyd edib ki, Slovakiya nümayəndələrinin boru kəmərinin zədələndiyi əraziyə daxil olmaqla bağlı müraciətlərinə baxmayaraq, Kiyev onlarla əlaqə saxlamır və lazımi məlumatları təqdim etmir.
Blanar əlavə edib ki, Slovakiya həmçinin Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Jorgensendən neft tədarükünün niyə davam etdirilə bilmədiyini müəyyən etmək üçün əraziyə yoxlama qrupu göndərilməsini xahiş edib.