Operativ Məlumat Mərkəzi

Sisi: "Misir fələstinlilərin deportasiyasını qəti şəkildə rədd edir"

1 dəq
Paylaş:
Sisi: "Misir fələstinlilərin deportasiyasını qəti şəkildə rədd edir"
bu barədə Msir rəsmiləri məlumat verib. Belə ki, Prezident Sisi Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyeni paytaxt Qahirədə qəbul edib....

Misir prezidenti Əbdülfəttah əs-Sisi fələstinlilərin öz torpaqlarından deportasiyasını rədd etdiklərini bir daha bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Msir rəsmiləri məlumat verib.

Belə ki, Prezident Sisi Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyeni paytaxt Qahirədə qəbul edib.

Görüş zamanı İsrailin oktyabrın 7-dən bəri Fələstin ərazisində davam etdirdiyi gərginlik və Qəzza zolağındakı son vəziyyət müzkirə edilib.

Sisi görüşdə Qəzza zolağında mülki əhalinin müdafiəsi üçün dərhal atəşkəsin yaradılması və humanitar vəziyyətin getdikcə pisləşdiyi bölgəyə yardımların çatdırılması lazım olduğunu bildirib.

Fələstinlilərin öz torpaqlarında didərgin salınmasını və ya Misirin Sinay yarımadası başda olmaqla başqa ölkələrə sürgün edilməsini qəbul etmədiklərini ifadə edən Sisi, "Misir fələstinlilərin deportasiyasını qəti şəkildə rədd edir",- deyə vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər