Operativ Məlumat Mərkəzi

Sinan Oğan şərtlərini açıqlayıb

2 dəq
Paylaş:
Sinan Oğan şərtlərini açıqlayıb
o, 6 şərt irəli sürüb. Həmin şərtlər aşağıdakılardır: 1. Anayasanın ilk 4 maddəsi dəyişməyəcək. 2. Güzəştsiz olaraq FETÖ ilə mübarizə aparılacaq. 3....

Prezident seçkilərində 3 milyona yaxın səs alaraq üçüncü olan, ATA İttifaqının namizədi Sinan Oğanın ikinci turda dəstəkləyəcəyi namizəd üçün şərtlərini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, 6 şərt irəli sürüb.

Həmin şərtlər aşağıdakılardır:

1. Anayasanın ilk 4 maddəsi dəyişməyəcək.

2. Güzəştsiz olaraq FETÖ ilə mübarizə aparılacaq.

3. Güzəştsiz olaraq "PKK" ilə mübarizə aparılacaq.

4. Təriqət və camaatların (dini icmalar) bürokratiyadakı hakimiyyətlərinə son qoyulacaq.

5. Miqrantların 1 il ərzində ölkəsinə dönməsi təmin ediləcək.

6. Daxili işlər nazirliyi, Müdafiə Nazirliyi və Təhsil Nazirliyi ATA İttifaqı və Zəfər Partiyasına həvalə ediləcək.

Qeyd edək ki, 14 mayda keçirilən seçkilərdə Ata İttifaqı namizədi Sinan Oğan 5,17% səs toplayıb. Seçkilərin ikinci turu 28 mayda keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər