Çin Xalq Respublikasının sədri Si Cinpin Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Si Cinpin 30 avqustdan 3 sentyabradək Bişkekdə keçiriləcək ŞƏT sammitində iştirak edəcək.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Szyan qeyd edib ki, Si Cinpin təşkilata üzv ölkələrin liderləri ilə ŞƏT çərçivəsində bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də aktual və mühüm beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaq.
Çin Xarici İşlər Nazirliyi daha əvvəl Si Cinpinin 30 avqust–3 sentyabr tarixlərində Qırğızıstan və Misirə dövlət səfərləri edəcəyini açıqlamışdı.