İsveçrə hökuməti ABŞ və İran arasında davam edən münaqişənin həlli ilə bağlı aparılan danışıqlara ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Melanie Gugelmann TASS agentliyinə bildirib.
Onun sözlərinə görə, İsveçrə “həmişə öz yaxşı ofislərini təklif etməyə hazırdır” və sülhün bərqərar olmasına yönəlmiş istənilən diplomatik təşəbbüsü dəstəkləyir.
Sözçü qeyd edib ki, İsveçrə Xarici İşlər Nazirliyi bu istiqamətdə bütün maraqlı tərəflərlə əlaqə saxlamaqda davam edir.
Bundan əvvəl “Axios” mənbələrə istinadən Vaşinqton və Tehranın silahlı münaqişəyə son qoyulması ilə bağlı memorandum imzalamağa yaxın olduqlarını bildirmişdi. Məlumata görə, mümkün razılaşma Hörmüz boğazının açılması, İranın nüvə proqramının məhdudlaşdırılması və ABŞ sanksiyalarının yumşaldılması kimi məsələləri əhatə edə bilər.
Danışıqların İslamabad və ya Cenevrədə keçirilə biləcəyi də qeyd olunur.