Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılmasına hal şahidləri cəlb edilməyəcək

Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılmasına hal şahidləri cəlb edilməyəcək
19.04.2024 13:14
Aa
dəq

Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılmasına hal şahidlərinin cəlb edilməsi aradan qaldırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Layihə inzibati icraat zamanı həyata keçirilən tədbirlərə kənar şəxslərin (hal şahidlərinin) cəlb edilməsinin aradan qaldırılmasını nəzərdə tutur.

İnzibati Xətalar Məcəlləsinin 92-ci maddəsinə əsasən, şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama, nəqliyyat vasitəsinə baxış və bir sıra digər tədbirlər hal şahidlərinin iştirakı ilə həyata keçirilir.

Dəyişikliklə isə hal şahidlərinin iştirakı aradan qaldırılaraq, həmin hallarda fasiləsiz videoçəkiliş aparılmaqla icraatın həyata keçirilməsi təklif edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Həftənin ən çox oxunanları

Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir

Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
DAVAMIN OXU davamın oxu

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
DAVAMIN OXU davamın oxu

COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir

COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
DAVAMIN OXU davamın oxu

Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir

Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir
DAVAMIN OXU davamın oxu

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik ilk oxunuşdan keçib

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik ilk oxunuşdan keçib
DAVAMIN OXU davamın oxu