Qazaxıstanda kafedə yanğınla müşahidə olunan partlayış baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Hadisə nəticəsində 7 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.
Bildirilib ki, ölən şəxslərdən birinin 16 yaşı olub.
Hazırda partlayış baş verən ərazidə regional əməliyyat qrupu işləyir və ora təcili yardım helikopterləri göndərilib.
Qeyd olunub ki, insan ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.
Məlumat üçün bildirək ki, partlayışda 10 nəfər xilas edilib.
Faktla bağlı araşdırma aparılır.