Əsas məzmuna keç

Hindistanda fişəng fabrikində partlayış – azı 25 ölü, araşdırma aparılır

Hindistanda fişəng fabrikində partlayış – azı 25 ölü, araşdırma aparılır

Tamil Nadu ştatındakı dəhşətli sənaye qəzası ağır can itkisi ilə nəticələnib. Təhlükəsizlik qaydalarının pozulduğu bildirilən hadisənin şok təfərrüatları bizdə.

en ru

Hindistanın cənubunda baş verən qəzası böyük insan itkisi ilə nəticələnib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tamil Nadu ştatında fişəng fabrikində güclü baş verib.

Hadisə nəticəsində azı 25 nəfər həlak olub. Partlayış zamanı müəssisənin daxilində təxminən 40 işçinin olduğu bildirilir.

Məlumata əsasən, partlayış o qədər güclü olub ki, fabrikin bir neçə istehsal binası tamamilə dağılıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib və bəzilərinin vəziyyətinin ağır olduğu qeyd edilir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir, eyni zamanda istintaq başladılıb. İlkin ehtimallara görə, partlayış təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verə bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…