Operativ Məlumat Mərkəzi

Səudiyyə Ərəbistanında 70 ildən sonra alkoqol qadağası qaldırılıb

1 dəq
Paylaş:
Səudiyyə Ərəbistanında 70 ildən sonra alkoqol qadağası qaldırılıb

Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmanın ölkənin modernləşdirilməsi istiqamətində atdığı addımların son addımı olaraq, spirtli içkilərin yalnız xarici diplomatlara satışına icazə verilməsi barədə qərar qəbul edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, Paytaxt Ər-Riyadda səfirliklərin yerləşdiyi ərazidə açılacaq ilk içki mağazası yalnız qeyri-müsəlman diplomatlara satıla biləcək.

Xatırladaq ki, indiyədək diplomatlar ölkəyə yalnız diplomatik qaydalara görə Səudiyyə rəsmilərinin aça bilmədiyi möhürlənmiş qablarda spirt gətirib içilməsinə icazə verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər