Əsas məzmuna keç

Şahzadə Vilyam Səudiyyə Ərəbistanına gedir

Şahzadə Vilyam Səudiyyə Ərəbistanına gedir

Uels şahzadəsi krallıqda Məhəmməd bin Salmanla görüşəcək. Britaniyalı varisin Əl-Ula ziyarəti və 3 günlük səfərinin mühüm detalları, maraqlı məqsədi xəbərdə.

en ru

Şahzadəsi Səudiyyə Ərəbistanına üç günlük səfərə yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, səfər zamanı ölkə hökmdarı bin Salmanla görüşəcək.

Qeyd olunub ki, Şahzadənin səfəri Böyük Britaniya Maliyyə Nazirinin 2025-ci ildə Səudiyyə Ərəbistanına səfərindən sonra baş tutur.

Vilyam Səudiyyə Ərəbistanının iqtisadi islahatlarına, mədəni təşəbbüslərinə və proqramlarına həsr olunmuş tədbirlərdə iştirak edəcək.

O, həmçinin gənc səudiyyəlilərlə görüşməyi və ölkənin davamlı inkişaf və şəhərsalma proqramları, qadın idmanı, ətraf mühitin qorunması və mədəni əməkdaşlıqla bağlı layihələr haqqında məlumat əldə etməyi planlaşdırır.

Şahzadə Vilyam həmçinin qədim ərəb vahəsi Əl-Ulanı da ziyarət edəcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…