"Sərhəd-buraxılış məntəqəsinin qurulması növbəti qələbəmizidir" - Politoloq

"Sərhəd-buraxılış məntəqəsinin qurulması növbəti qələbəmizidir" - Politoloq
23.04.2023 15:54
Aa
dəq

"Azərbaycan digər ölkələrin daxilində sərhəd-buraxılış məntəqəsi quraşdırılma faktına qarışmır, digər dövlətlərin də Azərbaycanın öz ərazisində sərhəd-buraxılış məntəqəsi quraşdırmağına qarşıma haqqı əsla olmamalıdır"

Bunu "Operativ Məlumat Mərkəzi-OMM" açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq qeyd edib ki, Azərbaycanın öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsi quraşdıracağı gözlənilən idi. 

"Azərbaycanın öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsi quraşdıracağı ilə bağlı proqnozlarımızı aylar əvvəl qeyd etmişdik. Bu, çox labüd məsələ idi. Nəzərə almaq lazımdır ki, beynəlxalq hüquq kontekstində də hər hansı bir dövlətin öz ərazilərində sərhəd-buraxılış məntəqəsi quraşdırmaq onun müstəsna hüquqlarından biridir. Azərbaycan başqa ölkələrin daxilində sərhəd-buraxılış məntəqəsi quraşdırılması faktına qarışmır, digər dövlətlərin də Azərbaycanın öz ərazisində sərhəd-buraxılış məntəqəsi quraşdırmağına qarışmaq haqqı əsla olmamalıdır. Bu baxımdan hesab etmək lazımdır ki, sərhəd buraxılış məntəqəsinin qurulması bizim növbəti qələbələrimizdən biridir".

Sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının tarixi hadisə olduğunu bildirən Tural İsmayılov qeyd edib ki, Xankəndi və ətrafında yaşayan erməni əsilli vətəndaşların reinteqrasiyası prosesində qaldırıb və bu prosesin aparıldığı dövrdə paralel olaraq nəzarət-buraxılış məntəqəsinin də quraşdırılmağı çox vacib hadisədir.

"Azərbaycan hissə-hissə öz suveren ərazilərində qanuni hüquqlarını yüksək səviyyədə bərpa etmiş olur. Nəzərə almaq lazımdır ki, Azərbaycanın, özəlliklə son dövrlərdə Ermənistan, həm də Xankəndi və ətrafında müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarına xəbərdarlıqlarına baxmayaraq, Ermənistandan Azərbaycan ərazilərinə qanunsuz silah-sursat daşınması prosesi sürətlə davam etdirdi və bizim bütün bu xəbərdarlıqlarımızı qulaqardına vurulması məsələnin bu həddə gəlib çatmağı ilə nəticələndi. Mən hesab edirəm ki, bizim tarixi nailiyyətlərimizdən biridir. 

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin bəzi qanunsuz fəaliyyətindən də bəhs edən siyasi şərhçi sülhməramlıların bu fəaliyyətlərin onların Azərbaycan ərazisindəki gələcək fəaliyyətini sual altında qoyur. 

"Son dövrlər Rusiya sülhməramlılarının separatçılarla əlbir olaraq bəzi fəaliyyətləri həyata keçirməsi Azərbaycanın sülhməramlıların vaxtından əvvəl həmin əraziləri tərk etmə məsələsini də qaldıracağını söyləməyə əsas verir və bundan sonra sülhməramlıların addımlarında çox böyük pozitiv yönümdə dəyişikliklər olmasa, hesab edirəm ki, biz bu məsələni də qaldıra bilərik".

Məlik Məlikov 

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu