Əsas məzmuna keç

SEPAH ABŞ-nin bölgədəki hərbi obyektlərini hədəf aldığını açıqladı

SEPAH ABŞ-nin bölgədəki hərbi obyektlərini hədəf aldığını açıqladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın Hürmüz boğazındakı mövqelərinə cavab olaraq genişmiqyaslı hərbi əməliyyat keçirdiyini açıqlayıb.

en ru

İran ABŞ-nin Hörmüz boğazı yaxınlığında həyata keçirdiyi hava zərbələrinə cavab olaraq bölgədəki hərbi obyektlərinə qarşı əməliyyat başladığını bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu () Küveytdə "Əli əl-Salem" aviabazasını, həmçinin Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasına məxsus komanda mərkəzləri və digər hərbi infrastruktur obyektlərini hədəfə aldığını açıqlayıb.

SEPAH bildirib ki, əməliyyat ABŞ-nin Hörmüz boğazı yaxınlığında yerləşən İran hərbi mövqelərinə endirdiyi hava zərbələrinə cavab olaraq həyata keçirilib. Rəsmi bəyanatda Vaşinqtonun addımlarının mövcud razılaşmaları və atəşkəs şərtlərini kobud şəkildə pozduğu iddia olunub.

Bundan əlavə, İran tərəfi Buşehr əyalətinin bölgəsi üzərində uçuş həyata keçirən ABŞ-yə məxsus "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatının hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu da iddia edib.

ABŞ rəsmiləri isə hələlik bu iddialarla bağlı verməyiblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…