Əsas məzmuna keç

"Sentyabrın 10-dan 11-dək..." - Əhaliyə vacib XƏBƏRDARLIQ!

"Sentyabrın 10-dan 11-dək..." - Əhaliyə vacib XƏBƏRDARLIQ!

Azərbaycanda sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Dövlət Universitetinin (BDU) Fizika...

Azərbaycanda sentyabrın 11-dək qasırğası gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, günəşdə bir neçə oblastda baş verən M sinif və digər alışmalar səbəbindən aktivliyinin səviyyəsi artıb: "Kosmik aparatlar yerə yönələn tac kütlə atılmaları müşahidə edib. 10-11 sentyabr tarixlərində günəş aktivliyi M (R1-R2 - mülayim orta) və müəyyən ehtimalla X (R3 - güclü) səviyyədə olacaq".

Qeyd olunub ki, hazırda geomaqnit qasırğası orta səviyyədədir: "Sentyabrın 10-u saat 17:00 radələrindən başlayaraq geomaqnit qasırğa G1 (mülayim) səviyyəsinə yüksələcək, sentyabrın 10-u gecə və 11-i səhər saat 06:00 radələrində G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00 radələrindən başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək. Geomaqnit qasırğa daha çox yüksək enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək".

Hava proqnozu

13° Bakıda indiArabir yağış
  1. Bu gün Arabir yağış 14° 12° yağış 62%
  2. Sabah Çiskin 14° 11° yağış 80%
  3. Birisi gün Buludlu 17° 13°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…