Əsas məzmuna keç

Şəkidə göldə çətənə kolu yetişdirən şəxs saxlanılıb

Şəkidə göldə çətənə kolu yetişdirən şəxs saxlanılıb

Şəhər Rayon Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və üzərində tapança gəzdirən 34 yaşlı Nicat saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluq cinayətlərinə görə dəfələrlə məhkum edilmiş həmin şəxsdən “Makarov” markalı tapança götürülüb.

Davam etdirilən tədbirlərlə N.Cəfərovun rayonun Aşağı Küngüt kəndindəki meşə ərazisində yerləşən gölün “ada” hissəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən ümumi çəkisi 60 kiloqram olan 560 ədəd çətənə , gübrə və yaşayış üçün vacib olan digər vasitələr aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və qayıq vasitəsilə həmin yerə gedərək aqrotexniki qulluq göstərdiyini bildirib. N.Cəfərov ərazini kənardan müşahidə etmək üçün orada xüsusi günəş panelli videokameralar da quraşdırıb.

Məhkəmənin qərarı ilə N.Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib, narkoşəbəkənin digər üzvlərinin müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…