Əsas məzmuna keç

Səhiyyə Nazirliyinin tabeliyindəki körpələr evinin işçilərinin əməkhaqları artırılıb

Səhiyyə Nazirliyinin tabeliyindəki körpələr evinin işçilərinin əməkhaqları artırılıb

Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında qərar verib. "Operativ Məlumat...

Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında qərar verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı

artım əmsalları tətbiq ediləcək:

- baş həkim – 3,0 dəfə;

- baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə;

- baş bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2,0 dəfə;

- təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə.

Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Bu Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…