Operativ Məlumat Mərkəzi

Səhiyyə Nazirliyi: "Niastol" adlı məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib

1 dəq
Paylaş:
Səhiyyə Nazirliyi: "Niastol" adlı məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib
bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib. Qeyd olunub ki, "Niastol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın...

"Niastol" adlı məhsul Dərman Vasitələrinin Dövlət Reyestrində qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Qeyd olunub ki, "Niastol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.

Xatırladaq ki, Göygöl rayonunun Balçılı kənd sakinləri, 1961-ci il təvəllüdlü qadın və üç azyaşlı dəqiqləşdirilməmiş dərman zəhərlənib. Onlardan biri, 2014-cü il təvəllüdlü uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər