Operativ Məlumat Mərkəzi

Səfir: "Bolqarıstanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılacaq"

1 dəq
Paylaş:
Səfir: "Bolqarıstanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılacaq"
{"az":"bunu Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Valentina Mitrofonova bildirib. Məlumata görə, Rusiya Pravoslav Kiləsinin Bolqarıstanın paytaxtı...","en":"","ru":""}

"Bolqarıstanın Moskvadakı səfiri Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Valentina Mitrofonova bildirib.

Məlumata görə, Rusiya Pravoslav Kiləsinin Bolqarıstanın paytaxtı Sofiyadakı nümayəndəsi arximandrit Vassian, protoieriya Yevgeniya və kiləsinin daha bir əməkdaşı Bolqarıstanı tərk etməlidir. Rəsmi Sofiya bildirib ki, onlar Bolqarıstanın təhlükəsizliyini tədhid edir.

Rusiya səfirliyi açıqlamasında Sofiyanı rus və bolqar xalqlarının bir-birinə qarşı münasibətlərini gərginləşdirməkdə ittiham edib.

Mitrofonova qeyd edib ki, Rusiya Bolqarıstan pravoslav kilsəsinin Moskvadakı nümayəndəsinə oxşar münasibət göstərməyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər