Baş Prokurorluq bir sıra media qurumlarında Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prokurorluq müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması qanunvericiliklə qadağan olduğunu qeyd edib.
Xatırladaq ki, S.Şahverdiyev yanvarın 31-də Prezident İlham Əliyevin sərəncamına əsasən işdən azad olunub. O, 2018-ci ildən bu vəzifədə çalışırdı.