Şri-Lankanın Mərkəzi əyalətində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, məktəbliləri təhsil müəssisələrinə aparan özəl sərnişin avtobusu idarəetməni itirərək qəzaya uğrayıb.
Yerli polisin verdiyi açıqlamada bildirilir ki, hadisə nəticəsində ən azı 34 məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkən uşaqlar dərhal yaxınlıqdakı xəstəxanalara təxliyə ediliblər və hazırda onların müalicəsi davam etdirilir.