Əsas məzmuna keç

Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

Özbəkistan rəhbəri Bakıda Qarabağın bərpası və urbanizasiya problemlərindən danışdı. Mənzil böhranı və iqlim dəyişikliyinə dair hansı mühüm çağırışlar edildi?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bugünkü konfransın Xəzərin incisi olan gözəl Bakı şəhərində qüsursuz təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Onun rəhbərliyi ilə Azərbaycan, xüsusilə sürətli və genişmiqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib. Bu fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, belə nəcib təşəbbüslərə layiqli töhfə verməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat WUF13-də Liderlərin Bəyanatları zamanı deyib.

Şavkat Mirziyoyev bildirib ki, dünya üçün mənzil, təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar gündəliyi bu gün də aktuallığını qorumaqdadır. Təhlillərə əsasən, XXI əsrin ortalarına qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Eyni zamanda, urbanizasiya bir sıra sosial problemləri daha da kəskinləşdirir. Bu gün dünyada təxminən 3 milyard insan adekvat yaşayış şəraitindən məhrum vəziyyətdədir. Onların 1 milyarddan çoxu qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır. 300 milyondan çox insanın isə ümumiyyətlə sığınacağı yoxdur. İqlim dəyişikliyi, qeyri-sabit beynəlxalq vəziyyət və iqtisadi böhranlar yeni qlobal miqrasiya dalğaları yaradır. Bu da əhalinin ölkələr və şəhərlər arasında yenidən bölüşdürülməsinə səbəb olur. Bir sözlə, urbanizasiya qlobal sabitlik və təhlükəsizliyə birbaşa təsir edən kritik amilə çevrilir. Bütün bunlar bizdən qətiyyətli və təxirəsalınmaz tədbirlər görməyi tələb edir.

Özbəkistan Prezidenti bugünkü tədbirin qarşılıqlı faydalı və perspektivli məsələlər üzrə birgə həllərin tapılmasına, yeni təşəbbüslərin formalaşmasına şərait yaradacağına və bu sahənin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…