Əsas məzmuna keç

Satınalmalarda məxfilik qanunla qorunacaq

Satınalmalarda məxfilik qanunla qorunacaq

Satınalan təşkilat təchizatçıların kommersiya sirrini məxfi saxlayır. Bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq...

Satınalan təchizatçıların kommersiya sirrini saxlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, və sahibkarlıq komitəsinin iyunun 22-də keçirilən iclasının gündəliyinə daxil edilib.

“Dövlət satınalmaları haqqında” Qanun layihəsinə əsasən, məhkəmənin, nəzarət orqanının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin icrası ilə bağlı məlumatların açıqlanması halları istisna olmaqla, satınalan təşkilat digər hallarda təchizatçıların kommersiya sirri təşkil edən və ya qanunla qorunan digər məlumatlarını açıqlamır və onları məxfi (konfidensial) saxlayır.

Satınalma kağız daşıyıcıda həyata keçirildikdə, satınalan təşkilat təqdim olunan təkliflərə yalnız onların açılmasından sonra baxır və həmin müddətədək bu təkliflərin tamlığını, bütövlüyünü və konfidensiallığını qoruyur.

Məxfi məlumatlarla əlaqəli satınalma zamanı satınalan təşkilat təchizatçılardan və onların subpodratçılarından məxfi məlumatların qorunmasını və mühafizəsini tələb edir.

Bu Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…