Əsas məzmuna keç

Şantajçı saxlanıldı: Sürücüləri belə aldadırdı

Şantajçı saxlanıldı: Sürücüləri belə aldadırdı

Bakıda avtomobilləri hədəf seçən Elman Hüseynov ifşa edildi. Məhkum olunmuş şəxsin sürücüləri şantaj edərək necə pul qoparmağa çalışdığı görüntülərdə əks olunub.

en ru

Sosial şəbəkələrdə Bakıda bir şəxsin əlindəki telefonu qəsdən hərəkətdə olan avtomobilə vuraraq sonradan sürücüdən pul tələb etməsini əks etdirən görüntülər əməkdaşları tərəfindən araşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, keçirilən tədbirlərlə həmin şəxsin əvvəllər soyğunçuluq və oğurluq əməllərinə görə 1987-ci il təvəllüdlü Elman olduğu müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun müxtəlif oxşar üsullarla vətəndaşları aldadaraq maddi vəsait əldə etməyə cəhd göstərdiyi məlum olub. Onun qanunsuz əməlləri ilə bağlı araşdırma aparılır, barəsində hüquqi məsuliyyət tədbirləri görülür.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…