Əsas məzmuna keç

“Şamaxinka”da hərəkət sxemi dəyişdirildi

“Şamaxinka”da hərəkət sxemi dəyişdirildi

AYNA Moskva prospektində nəqliyyat axını üçün yeni sxem tətbiq edir. Asif Məhərrəmov və 20 Yanvar küçələrində tətbiq olunan işıqfor və yol yenilikləri ilə tanış olun.

en ru

Bakı şəhərinin Yasamal rayonu, Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində nəqliyyatın hərəkət təşkilində mühüm dəyişikliklər edilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə () istinadən məlumat yayıb.

İcra olunan layihəyə əsasən, Asif küçəsindən gələn nəqliyyat vasitələri sola – 20 Yanvar küçəsi istiqamətində dönərkən əvvəlki trayektoriya ilə hərəkət etməyəcək. Sürücülər artıq həmin küçənin paralel hissəsi vasitəsilə Moskva prospektinə çıxış əldə edəcəklər.

Əlavə olaraq, 4-cü mikrorayondan Moskva prospekti istiqamətində gələn avtomobillərin hərəkəti də köhnə qaydada deyil, yeni təsdiqlənmiş sxem üzrə təmin olunacaq.

Asif Məhərrəmov küçəsinin əks istiqaməti ilə hərəkət edən nəqliyyat vasitələri xüsusi təhlükəsizlik adacığı ilə ayrılmış zolaq vasitəsilə 20 Yanvar küçəsinin paralel hissəsinə yönləndiriləcək. Bu kəsişmədə sürücülər həm 4-cü mikrorayon istiqamətində, həm də düzünə hərəkətlərini davam etdirə biləcəklər.

Yeniliyə əsasən, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, eləcə də yaxınlıqdakı geriyədönmə yerində hərəkət növbəliliyi vasitəsilə tənzimlənəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…