Əsas məzmuna keç

"Şamaxinka"da hərəkət necə tənzimlənəcək? Yeni svetoforlar

"Şamaxinka"da hərəkət necə tənzimlənəcək? Yeni svetoforlar

Yasamalın Moskva prospektində hərəkət qaydaları dəyişdi. NİİM və AYNA-nın 20 Yanvar kəsişməsində quraşdırdığı 13 tənzimləyici qurğu nələri dəyişəcək? Detallar mətndə.

en ru

Bakının Yasamal rayonu, Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində ilk dəfə olaraq svetoforlar istifadəyə verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) rəsmi məlumat yayıb.

Qeyd olunub ki, "Şamaxinka" adlanan yol sahəsi artıq svetoforla tənzimlənir. Hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar ərazidə ümumilikdə 13 dirəyi üzərində və piyada bölmələri quraşdırılaraq iştirakçılarının istifadəsinə təqdim edilib.

İstifadəyə verilən yeni nəqliyyat və piyada svetoforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.

Qeyd edək ki, görülən işlər Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…