Əsas məzmuna keç

DİN velosiped və skuter sürücülərinə yol hərəkəti qaydaları ilə bağlı xəbərdarlıq edib

DİN velosiped və skuter sürücülərinə yol hərəkəti qaydaları ilə bağlı xəbərdarlıq edib

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ikitəkərli nəqliyyat vasitələrindən istifadə edənləri təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

en ru

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və sürücülərinə müraciət ünvanlayıb. Qurumdan “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, müraciətdə sürücülərin əks istiqamətdə hərəkət etməməli və svetoforun qadağanedici siqnalına etməli olduqları vurğulanıb. Qeyd olunub ki, qaydalara məhəl qoyulmaması yollarda qəza riskini artırır.

Müraciətdə mövsümi olaraq velosiped və skuterlərdən istifadənin artdığı xatırladılaraq, qanunvericiliyin tələbləri diqqətə çatdırılıb:

  • Velosipedlər, asma mühərrikli velosipedlər və oxşar vasitələri yolun sağ kənar zolağı ilə, nişanların tələblərinə uyğun olaraq və mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidir.
  • Yol çiyini ilə hərəkətə yalnız piyadalar üçün maneə yaradılmadığı halda icazə verilir.
  • Velosiped yolu olduğu təqdirdə, onun yanındakı yolla hərəkət etmək qadağandır.

Bundan əlavə, yolayrıcından kənarda velosiped yolu ilə nizamlanmayan kəsişmələrdə velosipedçilərin digər nəqliyyat vasitələrinə yol verməli olduqları bildirilib. Həmçinin, piyada keçidlərindən istifadə edərkən sürücülərin nəqliyyat vasitəsindən düşərək piyada kimi hərəkət etmələri tələb olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…