Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Şamaxıda yenidən zəlzələ: 7-ci təkan - YENİLƏNİB

2 dəq
Paylaş:
Şamaxıda yenidən zəlzələ: 7-ci təkan - YENİLƏNİB

Şamaxıda daha bir zəlzələ qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Mərkəzi rəsmi məlumat yayıb.

Məlumata görə, təbiət hadisəsi Pirqulu stansiyasından 23 km cənub-qərbdə, rayonu ərazisində baş verib. Maqnitudası 3 olan zəlzələ sakinlər tərəfindən hiss olunmayıb.

təkanın ocağı 13 kilometr dərinlikdə qeydə alınıb.

***

Şamaxı rayonunda, Pirqulu stansiyasından 23 km cənub-qərbdə zəlzələ qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi rəsmi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,8 olan yeraltı yerli vaxtla saat 06:34-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 13 kilometr olub. Təkanlar episentrdə və ona yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Bununla da Şamaxıda son iki gün ərzində baş verən yeraltı təkanların sayı 7-yə çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax