Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
07.09.2024 15:08
Aa
dəq

Aleksey Kaşukun "Qarabağ"a transferi ilə bağlı maraqlı fakt üzə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ukraynalı Ağdam klubuna Şahruddin Məhəmmədəliyevin vasitəsilə keçib.

Son olaraq “Şaxtyor”da (Donetsk) çıxış etmiş yarımmüdafiəçi avqustda “Adana Demirspor”dan geri dönmüş qapıçıyla əlaqə saxlayıb, “Qarabağ”la anlaşmaq istədiyini bildirib.

Dağıstanlı kiper də Qurban Qurbanovla danışıb, onların görüşünü təşkil edib.

Müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə beləcə, 3 illik sözləşmə imzalanıb.

Donetsk klubunun yetirməsi 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022/2023 mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib.

Ukraynanın aşağı yaş qrupları üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.

Şahruddin “Qarabağ” üçün transfer etdi -  Maraqlı fakt ÜZƏ ÇIXDI

Həftənin ən çox oxunanları

Mendi "Real"da qalacaq

Mendi
DAVAMIN OXU davamın oxu

"İnter" yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb

DAVAMIN OXU davamın oxu

Onlar “Qarabağ”ı Avroliqanın “pley-off”unda görürlər

Onlar “Qarabağ”ı Avroliqanın “pley-off”unda görürlər
DAVAMIN OXU davamın oxu

"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

DAVAMIN OXU davamın oxu

"Real" klubunun futbolçusu zədələnib

DAVAMIN OXU davamın oxu