Əsas məzmuna keç

Sahibə Qafarova İordaniyalı həmkarı ilə görüşüb

Sahibə Qafarova İordaniyalı həmkarı ilə görüşüb

Milli Məclisin sədri Əmman şəhərində Əhməd Əl-Safadi ilə bir araya gəlib. İki ölkə arasında parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub.

en ru

Milli Məclisin sədri İordaniya Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi ilə görüşüb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, geniştərkibli görüşdə S.Qafarova iki dost və qardaş ölkələr olan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdığını, bu sahədə ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rol oynadığını vurğulayıb.

Milli Məclisin sədri iki ölkə arasında BMT, İslam Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin də məmnunluq doğurduğunu qeyd edib.

M.T.S.Əl-Qadi öz növbəsində arasında əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi, investisiyaların təşviqi, humanitar, gənclərlə iş sahələrində əməkdaşlıq və digər mövzularda fikirlərini açıqlayıb.

O, bu səfərin və Milli Məclisin sədri ilə görüşünün parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı həmçinin parlamentlərin komitələri və dostluq qrupları arasında əməkdaşlıq imkanlarına diqqət yetirilib. O cümlədən, parlament təşkilatlarında qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…