Əsas məzmuna keç

Sahibə Qafarova Buxarada beynəlxalq forumda

Sahibə Qafarova Buxarada beynəlxalq forumda

Milli Məclisin sədri Özbəkistandakı nüfuzlu toplantıda mühüm bəyanatlar səsləndirib. Parlamentlərarası əməkdaşlıq və yeni hədəflərin təfərrüatları ilə tanış olun.

en ru

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament II Asiya Qadınlar Forumuna qatılmaq məqsədilə Özbəkistanda səfərdədir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Buxara şəhərinin beynəlxalq hava limanında Sahibə Qafarovanı Özbəkistan Ali Məclisi Senatının üzvü Gülnara Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədrinin səfər çərçivəsində Asiya Qadınlar Forumunun rəsmi açılış mərasimində çıxışı, həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…