Əsas məzmuna keç

“Şahdəniz” yatağının şərq-şimal cinahından hasilata başlanılıb

“Şahdəniz” yatağının şərq-şimal cinahından hasilata başlanılıb

"Şahdəniz 2" layihəsi çərçivəsində "Şahdəniz" yatağının şərq-şimal cinahından hasilata başlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə bp...

" 2" layihəsi çərçivəsində "Şahdəniz" yatağının şərq-şimal cinahından hasilata başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə bp şirkətindən bildirilib.

Məlumata görə, ilin əvvəllərinə planlaşdırılmış bu hadisə tam təhlükəsiz şəkildə yerinə yetirilib.

Bundan əvvəl şərq-şimal cinahında bütün əlaqədar və istismar sınaqları uğurla başa çatdırılmış və sistem bütövlükdə istismara təhvil verilmişdi.

Yenicə istismara başlamış şərq-şimal cinahında hazırda 5 quyu, iki manifoldu, ümumilikdə 30 km uzunluğu olan iki yeni axın xətti və dünya səviyyəli "Şahdəniz" qaz və kondensat ehtiyatı layına birləşmiş bir neçə sualtı qurğu var.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…