Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Bakı-Tbilisi-Qars dünya səviyyəli strateji dəhlizdir" - Türkiyə nazir

2 dəq
Paylaş:
"Bakı-Tbilisi-Qars dünya səviyyəli strateji dəhlizdir" - Türkiyə nazir

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tam istismara verilməsi Türkiyə, arasında strateji əməkdaşlığın mühüm nəticəsi kimi qiymətləndirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin və infrastruktur naziri Əbdülqadir Uraloğlu yeni Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, layihə üç ölkənin ortaq vizyonu və birgə səyləri nəticəsində reallaşıb.

Uraloğlu çıxışında Gürcüstanın İrakli Kobaxidzeyə və Gürcüstan hökumətinə təşəkkürünü ifadə edib, həmçinin Azərbaycan tərəfinin layihəyə verdiyi töhfələri yüksək qiymətləndirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu yalnız alternativ nəqliyyat marşrutu deyil, həm də əhəmiyyətə malik strateji dəmir yolu qovşağı və təhlükəsiz nəqliyyat dəhlizidir.

Nazir vurğulayıb ki, qlobal böhranlar və dəyişən geosiyasi şərait fonunda alternativ və etibarlı nəqliyyat marşrutlarının mövcudluğu xüsusi əhəmiyyət daşıyır.

Əbdülqadir Uraloğlu bildirib ki, Gürcüstan ərazisində aparılan bərpa və tikinti işlərinin başa çatdırılması ilə Bakı-Tbilisi-Qars dəmir yolu artıq tam gücü ilə fəaliyyət göstərəcək və Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq.

O əlavə edib ki, bu layihə region ölkələrinin əməkdaşlığının uğurlu nümunəsi olmaqla yanaşı, Avropa ilə Asiya arasında təhlükəsiz və etibarlı yükdaşımaların genişlənməsinə də töhfə verəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax